Dünyada 4,72 milyona yaxın insan koronavirusa yoluxub

Dünyada 4,72 milyona yaxın insan koronavirusa yoluxub

17 May 2020 12:51
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin Uhan şəhərindən yayılmağa başlayan yeni növ koronavirus infeksiyası (COVID-19) artıq dünyada 4,72 milyona yaxın insanın bu virusa yoluxmasına yol açıb.

Oxuməni.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 05:00-a olan statistikaya əsasən, son bir sutka ərzində 95 603 nəfərdə virusa yoluxma aşkar edilib, bununla da yoluxanların ümumilikdə sayı 4 717 013 nəfərə çatıb.

Ölüm sayında da artım müşahidə edilib. Bir gündə 4360 nəfər infeksiyaya yoluxma nəticəsində həyatını itirib. Ümumilikdə bu ölümcül virusdan ölənlərin sayı isə 312 902 nəfər

Oxuməni.az