YAP genişmiqyaslı fəaliyyətini davam etdirməkdədir

YAP genişmiqyaslı fəaliyyətini davam etdirməkdədir

14 May 2020 16:00
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyada qlobal problemə çevrilmiş koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında sistemli tədbirlər həyata keçirilir.

Oxuməni.az-ın verdiyi məlumata görə, ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası da koronovirusa qarşı mübarizə çərçivəsində görülən işlərə fəal şəkildə qoşulub. Partiyanın bütün strukturları əhalinin həssas təbəqəsinə aid olan ailələrə müntəzəm olaraq hər cür yardım və dəstək göstərirlər. Bu məqsədlə partiya tərəfindən ahıl, tənha insanlara və aztəminatlı ailələrə ərzaq yardımı edilib. Zəruri ərzaq yardımları Yeni Azərbaycan Partiyasının könüllüləri tərəfindən çatdırılıb.

Eyni zamanda, Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə martın 27-dən etbarən yaşı 65-dən yuxarı olan tənhalara, ahıl vətəndaşlara yardım paylayır, onlara sosial xidmətlər göstərir.

Bundan əlavə, Yeni Azərbaycan Partiyası “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na ümumilikdə təxminən 500 min manat ianə edib, "Sağlamlığımız milli həmrəyliyimizdədir!" aksiyası həyata keçirib.

Oxuməni.az