Gürcüstanda  tibb işçiləri koronavirusa yoluxub

Gürcüstanda tibb işçiləri koronavirusa yoluxub

2 May 2020 10:09
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanda tibbi heyət arasında koronavirusa 72 yoluxma halı təsdiqlənib.

Oxuməni.az xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze “İmedi” kanalına bildirib.

Onun sözlərinə görə, yoluxmanın yüksək faizi COVID-19 infeksiyasına yoluxan xəstələrin müalicə olunduğu xəstəxanaların deyil, təcili tibbi yardım xidməti və virus daşıyıcısı olduğundan şühbhələnməyən xəstələrin müraciət etdiyi klinikaların payına düşür.

Mərkəz rəhbəri deyib ki, təcili tibbi yardımın 30 yaxın əməkdaşı koronavirusa yoluxub.

Oxuməni.az