May ayında 14 gün iş olmayacaq

May ayında 14 gün iş olmayacaq

1 May 11:30
5 001
Bəyəndim (0) Bəyənmədim (0)

Beşgünlük iş həftəsində çalışanlar üçün may ayında 14 qeyri-iş günü olacaq.

Oxuməni.az xəbər verir ki, bu ay Azərbaycanda üç bayram qeyd ediləcək.

Belə ki, cari il üçün təsdiq edilmiş istehsalat təqviminə əsasən, 9 May – Faşizm üzərində Qələbə günü; 24 - 25 may – Ramazan bayramı; 28 May – Respublika Günü kimi qeyd olunur.

Təqvimdə iki bayram günü istirahət gününə təsadüf etdiyindən qeyri-iş günlərinin vaxtı dəyişdirilir. Belə ki, 9 May şənbə günü olduğundan, beşgünlük iş həftəsində çalışanlar üçün 11 may tarixi qeyri-iş günüdür. Bundan başqa, 24 may tarixi də həftənin bazar gününə təsadüf edir. Bu səbəbdən həm beşgünlük, həm də altıgünlük iş həftəsində çalışanlar üçün 26 may tarixi iş günü deyil.

Beləliklə, bu ay istirahət günləri də daxil olmaqla beşgünlük iş həftəsində çalışanlar üçün 14, altıgünlük iş həftəsində çalışanlar üçün isə 9 qeyri-iş günü var.

Oxuməni.az