İtaliyada tibbi maska 10 avroya satılır

İtaliyada tibbi maska 10 avroya satılır

8 Aprel 2020 14:44
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliyanın San Severo şəhərinin bələdiyyə sədri Françesko Miglio tibbi maskaları əhaliyə baha qiymətə satanları sərt tənqid edib.

Oxuməni.az xarici mətbuata istinadən xəbər verir ki, mer 1 avroya olan maskaları 10 avroya satan "alverçiləri" qaniçən adlandırıb.
"Maskaları 10 avroya satanların utanması lazımdır. Sizlər sələmçidən başqa bir şey deyilsiniz. Xeyir güdmək vaxtı deyil, həmrəylik göstərmək zamanıdır", - deyə bələdiyyə sədri müraciət edib.

Oxuməni.az