"Twitter"in rəhbəri pandemiya ilə mübarizəyə 1 milyard dollar ayırıb

"Twitter"in rəhbəri pandemiya ilə mübarizəyə 1 milyard dollar ayırıb

8 Aprel 2020 12:46
Bəyəndim (0) Bəyənmədim (0)

"Twitter" şirkətinin baş direktoru Cek Dorsi yeni növ koronavirusla (COVİD-19) mübarizəyə 1 milyard dollar ayırıb.

Oxuməni.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə C.Dorsi öz "Twitter" səhifəsində yazıb.

Baş direktor deyib: "Mən "Square" şirkətindəki hissəmdən 1 milyard dollar "Start Small" fonduna COVİD-19 ilə qlobal mübarizə üçün ianə edəcəyəm. Bu, mənim sərvətimin təxminən 28 faizidir".

C.Dorsi əlavə edib ki, pandemiya bitdikdən sonra qalan vəsait təhsil və səhiyyəyə yönləndiriləcək.

Qeyd edək ki, Con Hokins Universitetinin məlumatına əsasən, aprelin 7-si saat 23:30 üçün dünyada 1 412 103 nəfər koronavirusa yoluxub, 81 103 nəfər dünyasını dəyişib.

Oxuməni.az