COVID-19: Fransada karantin müddəti yenə uzadılacaq

COVID-19: Fransada karantin müddəti yenə uzadılacaq

8 Aprel 10:49
957
Bəyəndim (0) Bəyənmədim (0)

Fransanın karantin rejimindən çıxması tezliklə olmayacaq. Məhdudiyyətlər daha da sərtləşəcək.

Oxuməni.az xəbər verir ki, Fransanın Baş Naziri Eduard Filip Milli Assambleyada çıxışı zamanı təcridolma rejiminin uzadılması ilə bağlı xəbərdarlıq edib.

“Bu gün əsas zərurət virusun yayılmasını ləngitmək üçün təcridolma rejiminin daha yaxşı işləməsidir. Virusun yayılmasını ləngitməklə reanimasiyaya daxil olan ağır xəstələrin sayını azaltmalıyıq ki, onlar xəstəxana sistemimizin ümumi tutumundan çox olmasın”, - deyə E.Filip bildirib.

Xatırladaq ki, “Boston Consulting Group”un hesablamalarına görə, Fransada karantin rejimi iyul ayının ortasınadək davam edə bilər. Qrupun hesablamaları Con Hopkins Universitetinin 25 mart məlumatlarına əsaslanır. Bildirilib ki, karantindən çıxmaq vaxtı COVID-19 virusuna yoluxan xəstələrin real sayına, eləcə də qarşıdan gələn həftə ərazində müxtəlif hökumətlərin qəbul edəcəyi qərarlara uyğun olaraq dəyişə bilər.

Tədqiqatçılar tərəfindən irəli sürülən müxtəlif variantlar Çinin Hubey əyalətində əhalinin iki ay təcridolma rejimində qaldığı müddətə istinadla hesablanır. “Boston Consulting Group”un məlumatına görə, proqnozlar ölkələrdə tətbiq olunmuş karantin rejimi kimi müxtəlif amillərin funksiyasına əsasən hesablanılır. Habelə dövlət səhiyyə sistemi zəif inkişaf etmiş, eləcə də testləri qeyri-adekvat olan ölkələrdə karantin rejimi daha uzun müddət davam edə bilər.

Oxuməni.az