Nyu Yorkda hamı qadağalara boyun əyir

Nyu Yorkda hamı qadağalara boyun əyir

7 Aprel 13:00
924
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da koronavirusa yoluxanların sayı artmaqda davam edir. Məhz bu səbəblə pandemiyanın ən geniş yayıldığı ştat olan Nyu-Yorkda koronavirusla mübarizə çərçivəsində tətbiq olunana qadağalara insanların 95 faizi riayət edir.

Oxuməni.az xəbər verir ki, bunu müəyyənləşdirmək üçün Siena Kollec Araşdırma İnstitutu tərəfindən 402 nəfər arasında onlayn sorğu keçirib. Onlardan 42 faizi öz istəyi ilə karantin altına alındığını, 39 faiz sosial məsafəni qoruduğunu, 14 faiz isə məcbur olduğu üçün karantində qaldığını deyib. Lakin ümumilikdə iştirakçıların 95 faizi tətbiq olunan qadağaları pozmadığını bildirib.

Qeyd edək ki, 50 yaşdan aşağı olanların təxminən 50 faizi bu müddət ərzində işsiz qalmaqdan qorxduğunu, 82 faiz isə sağlamlığından şübhə duyduğuni diqqətə çatdırıb.

Oxuməni.az