"Roskosmos" Dövlət Korporasiyasının dörd əməkdaşı koronavirusa yoluxub

"Roskosmos" Dövlət Korporasiyasının dörd əməkdaşı koronavirusa yoluxub

1 Aprel 2020 17:40
Bəyəndim (0) Bəyənmədim (0)

"Roskosmos" Dövlət Korporasiyasının dörd əməkdaşında koronavirus aşkar edilib.

Oxuməni.az-ın Rosbalt.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə korporasiyanın məlumatında deyilir.

"Roskosmos" müəssisələrinin bütün əməkdaşları, davamlı istehsal dövrü olan müəssisələrdə məşğul olanlar istisna olmaqla, evdə qalırlar. Baykonur, Şərq və Ulduz şəhərciklərində profilaktik tədbirlər və dezinfeksiya həyata keçirilir. Ümumilikdə, Rusiyanın kosmik-raket sənayesi müəssisələrində 200 min nəfər işləyir.

Xatırladaq ki, 1 aprel tarixinə olan son məlumatlara görə, Rusiya Federasiyasında 2 min 777 nəfərdə koronavirus xəstəliyi qeydə alınıb. Ən çox virusa yoluxanlar Moskva, Komi, Sankt-Peterburq və Moskva bölgəsindədir.

Oxuməni.az