Azərbaycanda koronaya yoluxanlar nələr danışdı? - Video

Azərbaycanda koronaya yoluxanlar nələr danışdı? - Video

27 Mart 21:22
1 675
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları Bakıdakı xəstəxanalardan birində koronavirusa yoluxmuş şəxslərin saxlanıldığı Xüsusi təhlükəli infeksiya şöbəsindən reportaj hazırlayıblar.

Oxuməni.az xəbər verir ki, AzTV əməkdaşları xüsusi geyimlərlə şöbədəki xəstələrlə görüşüb, onlarla həmsöhbət olublar.

Videosüjet AzTV-nin yeni layihəsi olan "#Evdəqal" verilişində yayımlanıb.

Xatırladaq ki, 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə hökumət tərəfindən atılmış bir çox addımlara baxmayaraq, bəzi şəxslər hələ də karantinin tələblərinə riayət etmir. Hətta bəziləri “koronavirus yoxdur” deyərək evdə qalmır, hələ də məcburiyyət olmadığı halda çölə çıxırlar. AzTV komandası məhz həmin şəxslər üçün bu araşdırmanı edib, bəşəriyyətin hansı təhlükə ilə üz-üzə olduğunu koronaviruslu xəstələrin öz dilindən tamaşaçılara təqdim edib.

Oxuməni.az