Rauf Babayev İkinci Fəxri Xiyabanda dəfn olunacaq

Rauf Babayev İkinci Fəxri Xiyabanda dəfn olunacaq

27 Mart 2020 14:20
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın xalq artisti Rauf Babayev 82 yaşında dünyasını dəyişib.

Oxuməni.az-a Mədəniyyət Nazirliyindən bildirilib ki, mərhum bu gün İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

Mədəniyyət Naziri Əbülfəs Qarayev KİV təmsilçilərinə vida mərasiminə qatılmamağı tövsiyə edir.

Qeyd edək ki, Rauf Babayev 1937-ci ildə Gümrüdə anadan olub. O, 1956-cı ildə Bakı Musiqi Texnikumunu, 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1961-ci ildən "Qaya" vokal instrumental qrupunun üzvü olub. 1995-2001-ci illərdə "Bəri bax" vokal qrupunun bədii rəhbəri işləyib.

Müğənni 2001-ci ildən "Qaya" Dövlət Ansamblının bədii rəhbəri idi. Bir çox xarici ölkələrdə qastrol səfərində olub.

R.Babayev 1978-ci ilin yanvarında Azərbaycan SSR əməkdar artisti, 2006-cı ilin sentyabrında Xalq artisti fəxri adı alıb.

Allah rəhmət eləsin

Oxuməni.az