Rusiyada raket anbarında partlayış olub, 5 hərbçi yaralanıb

Rusiyada raket anbarında partlayış olub, 5 hərbçi yaralanıb

22 Mart 2020 20:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Rusiyada raket-artilleriya zavodunun sursat anbarında partlayış baş verib.

Oxuməni.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Murmansk yaxınlığında, Roslyakovo mikrorayonunda yerləşən zavodun anbarında baş verən partlayış nəticəsində 5 hərbçi yaralanıb.

Yaralılardan 2-nin durumu ağır, 3-ü isə orta-ağır vəziyyətdədir. Partlayışdan sonra yanğın baş verməyib.

İlkin versiyaya görə, partlayışa səbəb sursatla ehtiyatsız davranışdır.

Oxuməni.az