Türkiyədə evdən gəzməyə çıxan yaşı 65-dən yuxarı olanlar cərimələnəcək

Türkiyədə evdən gəzməyə çıxan yaşı 65-dən yuxarı olanlar cərimələnəcək

22 Mart 19:15
2 440
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə yaşı 65-dən yuxarı və xroniki xəstəliyi olanlara evdən küçəyə çıxmağa qoyulan qadağa bu gündən tətbiq olunmağa başlanıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Türkiyə Daxili İşlər Nazirliyinin 81 valiyə göndərdiyi təlimatda qeyd olunub ki, qadağaya əməl etməyənlər 3 min 150 lirə cərimə ödəyəcəklər və Türkiyə Cinayət Məcəlləsinin 195-ci maddəsinə görə, cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Qeyd edək ki, dünən gecə yerli vaxtla 01.00-dan Türkiyədə yeni tip koronavirusa (COVİD-19) yoluxma riski yüksək olan yaşı 65-i keçənlər və xroniki xəstəlikdən əziyyət çəkənlərin yaşadıqları evdən kənara çıxması, park, bağça kimi açıq məkanlarda gəzmələri məhdudlaşdırılıb.

Oxuməni.az