Fransa şirkəti Ərdoğandan  1 milyon maska göndərməsini xahiş edib

Fransa şirkəti Ərdoğandan 1 milyon maska göndərməsini xahiş edib

22 Mart 2020 12:30
Bəyəndim (0) Bəyənmədim (0)

Fransada fəaliyyət göstərən “Baraka City” xeyriyyə fondu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan kömək istəyib.

Oxuməni.az xəbər verir ki, fond müraciətində Ərdoğandan koronavirusla mübarizə aparan tibb işçiləri üçün Fransaya 1 milyon maska göndərməsini xahiş edib.

Məlumatda son zamanlarda Fransada həkim və tibb bacılarının ciddi şəkildə maska çatışmazlığı ilə üzləşdiyi diqqətə çatdırılıb.

Son məlumata görə, 14459 nəfərin koronavirusa yoluxduğu Fransada bu səbəbdən 562 nəfər həyatını itirib.

Oxuməni.az