“Bakıdan hər gün rayonlara getməyə icazə var”

“Bakıdan hər gün rayonlara getməyə icazə var”

20 Mart 2020 18:48
Bəyəndim (1) Bəyənmədim (0)

“Bakıdan bütün günlərdə rayonlara avtobusların çıxışına icazə verilir”.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova “Qafqazinfo”ya açıqlamasında deyib.

O qeyd edib ki, qərara dəyişiklik edilib: “Bayram günlərində də Bakıda olan vətəndaşlarımız rayona gedə bilərlər. Bakı Beynəlxalq Avtovağzalı axıra kimi işləyəcək. Dəyişikliyi vətəndaşlarımız üçün etdik. Amma rayondan Bakıya avtobusların gəlişinə icazə verilməyəcək. Yalnız Bakı qeydiyyatı olan vətəndaşlar qayıda bilərlər”.

Oxuməni.az