“Ağır zamanda mən də ağır qərar vermək məcburiyyətindəyəm"

“Ağır zamanda mən də ağır qərar vermək məcburiyyətindəyəm"

20 Mart 2020 10:31
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail hökuməti Səhiyyə Nazirliyinin tövsiyəsi ilə karantin qaydalarını sərtləşdirir.

Oxuməni.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu əhaliyə müraciətində deyib.

O bildirib ki, bundan sonra karantin məcburi xarakter daşıyacaq və qaydaları pozanlar cərimələnəcək:

“Ağır zamanda mən də ağır qərar vermək məcburiyyətindəyəm. Səhiyyə Nazirliyi evdə qalmaqla bağlı göstəriş verib. Həmçinin mən də fövqəladə bir neçə qərar imzaladım. Hərəkət məhdudiyyəti tətbiq edildi. Sizdən – İsrail vətəndaşlarından evdə qalmaq tələb olunur. Bu, xahiş, tövsiyə deyil, bu - əməl edilməsi vacib olan göstərişdir. Bilirəm ki, ağır olacaq, lakin sizdən əməkdaşlıq gözləyirəm. Məsələ insan həyatının xilasından gedir”.

Oxuməni.az