Türkiyənin böyük hissəsinə güclü qar yağıb

Türkiyənin böyük hissəsinə güclü qar yağıb

19 Mart 2020 15:42
Bəyəndim (0) Bəyənmədim (0)

Martın 18-də axşam saatlarında Türkiyə paytaxtı da daxil olmaqla Anadolunun böyük bir hissəsinə qar yağmağa başlayıb. Hazırda Ankara, Bolu, Əskişəhər və digər şəhərlər ağ örpəyə bürünüb.

Oxuməni.az xəbər verir ki, şəhər təsərrüfatının idarə olunmasına bir sıra çətinlik yaradan vaxtsız qar ölkə gündəmində o qədər də aktual deyil. Çünki yeni tip koronavirus (COVID-19) infeksiyası ilə bağlı bütün təhsil müəssisələrində dərslər dayandırılıb. İş yerlərində çalışmalarda ciddi məhdudiyyət qoyulub.

Şəhərlərin bələdiyyələri mərkəzi yolları qardan təmizləmək üçün gecə saatlarından başlayaraq fəaliyyət göstərirlər. Meteoroloqlar qarlı və yağışlı hava şəraitinin bir neçə gün davam edəcəyini bildirirlər.

Oxuməni.az