Almaniyanın Azərbaycandakı səfirliyi viza verilməsini dayandırdı

Almaniyanın Azərbaycandakı səfirliyi viza verilməsini dayandırdı

19 Mart 2020 13:53
Bəyəndim (0) Bəyənmədim (0)

Koronavirusun yayılması təhlükəsi səbəbi ilə Almaniyanın Azərbaycandakı səfirliyi vizaların verilməsini dayandırıb.

Oxuməni.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “Facebook”dakı rəsmi səhifəsində məlumat verilib.

“Hazırkı vəziyyət ilə əlaqədar olaraq 19 mart 2020-ci il tarixindən etibarən viza və konsulluq şöbəsinin fəaliyyəti 15 aprel 2020-ci il tarixinədək dayandırılır”, - məlumatda deyilir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 176 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 220 min nəfəri keçib. 8 981 nəfər isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Oxuməni.az