Çindən şad xəbər: Ötən gün heç kim yoluxmadı

Çindən şad xəbər: Ötən gün heç kim yoluxmadı

19 Mart 2020 09:52
Bəyəndim (0) Bəyənmədim (0)

Çində ilk dəfə olaraq heç bir vətəndaşda yeni tip koronavirus (Covid-19) aşkarlanmayıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Çinin Milli Səhiyyə Komissiyası məlumat yayıb.

“Ölkə üzrə ötən gün ümumilikdə 34 nəfərdə pandemiyanın simptonları aşkar edilib. Bunlar arasında Çin vətəndaşı yoxdur. Həmin şəxslər xarici ölkə vətəndaşlarıdır”, - məlumatda bildirilib.

Oxuməni.az