Türkiyənin Kırıkkale vilayətində kafedə silahlı insident baş verib

Türkiyənin Kırıkkale vilayətində kafedə silahlı insident baş verib

9 Mart 2020 09:19
Bəyəndim (2) Bəyənmədim (0)

Türkiyənin Kırıkkale vilayətində kafedə silahlı insident nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Oxuməni.az xəbər verir ki, kafeyə hücum edən şəxs tapança ilə oradakı qohumlarını vurub. O, dəfələrlə atəş etdikdən sonra hadisə yerindən uzaqlaşıb. Hadisə nəticəsində güllə yarası alan 3 nəfər ölüb, 4 nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda hadisəni törədən şəxsin tutulması istiqamətində tədbirlər görülür.

Oxuməni.az