Zelenski Ukrayna mədənçilərinə əmək haqqı borclarını ödəməyi tələb etdi

Zelenski Ukrayna mədənçilərinə əmək haqqı borclarını ödəməyi tələb etdi

25 Fevral 15:42
372
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Prezidenti Vladimir Zelenski Nazirlər Kabinetindən yaxın iki ayda mədənçilərin əmək haqqı üzrə borclarını ödəməyi tələb etdi.

Oxuməni.az rt.com-a istinadən xəbər verir ki, bu barədə İnterfaks-Ukrayna nəşri məlumat yayıb.

"Mən çox xahiş edirəm ki, yaxın iki ayda bütün borclar bağlansın. Əgər bunu bağlamasaq, heç olmasa bir sutka buraxsaq, mənə elə gəlir ki, bütün hökumət bu ay üçün əmək haqqı almasa, ədalətli olar", - deyə o bildirib.

Ukrayna prezidentinin sözlərinə görə, hazırda mədənçilərin əmək haqqı üzrə dövlət borcu 1-1,5 mlrd. grivnası təşkil edir.

Oxuməni.az