Koronavirus bakterioloji silahdır? - Polkovnikin şərhi

Koronavirus bakterioloji silahdır? - Polkovnikin şərhi

25 Fevral 09:00
239
Bəyəndim (0) Bəyənmədim (0)

Hazırda dünyada hərbi sahədə bir çox araşdırma və tədqiqatlar aparılır. Bu araşdırmalara nəzər salsaq, görə bilərik ki, bioloji və bakterioloji silahların tədqiqatı son zamanlar daha geniş yayılmaqdadır. Bu baxımdan bir çox virus tipli xəstəliklərin süni şəkildə yaranma ehtimalı çoxdur.

Oxuməni.az xəbər verir ki, hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Çinin Uhan şəhərində ortaya çıxan və sürətlə dünya ölkələrinə yayılan koronavirusun bakterioloji silah olması barədə iddiaları :şərh edərkən Axar.az-a açıqlamasında deyib. Ekspert bildirib ki, koronavirus təbii yollarla yaranmayıb, lakin təbii yollarla yayılır

“Bu tədqiqatlar ilk növbədə heyvanlar üzərində aparılır və bu yolla virusların insan orqanizminə hansı formada təsir edəcəyi öyrənilir. Fikrimcə, son zamanlar dünyanın fərqli regionlarında yeni tipli virusların peyda olması və geniş yayılması heç də təbii faktorlarla əlaqəli deyil. Çinin Uhan şəhərində ortaya çıxan və sürətlə dünyaya yayılan koronavirus yeni bakterioloji silah ola bilər. Bu, olduqca məntiqli yanaşmadır. Çünki Çin dünya iqtisadiyyatında önəmli bir yerə sahibdir və son zamanlar sürətlə inkişaf edirdi. Bunları nəzərə alsaq, bakterioloji silahla bağlı yanaşmanın müəyyən mənada doğru olduğunu deyə bilərik”.

Ş.Ramaldanov koronavirusun Çin iqtisadiyyatına vurduğu zərərlərdən də danışıb:

“Bu virus Çin iqtisadiyyatına ciddi zərər vurdu və bu proses davam edir. Digər tərəfdən dünyanın bir çox ölkəsi virus səbəbiylə Çinlə əlaqələrini kəsib. Hətta virus səbəbindən bu gün dünyada çinlilərə qarşı bir fobiya da formalaşıb. Bu “nailiyyəti” heç bir müharibə və ya əks-təbliğatla əldə etmək mümkün deyil. Göründüyü kimi, koronavirusun bakterioloji silah olması heç də absurd deyil”.

Oxuməni.az