Rusiya  nüvə hücumuna əl atsa yer üzündən silinəcək

Rusiya nüvə hücumuna əl atsa yer üzündən silinəcək

23 Fevral 10:33
431
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Rusiyanın Avropaya ehtimal edilən nüvə hücumuna qarşılıq verməyə hazırlaşır.

Oxuməni.az xəbər verir ki, məsələ ilə bağlı danışan Pentaqon nümayəndəsi hazırlanmış ssenaridə Avropa ilə gərginlik yaşayan Rusiyanın NATO ərazisindəki hədəfə qarşı zəif nüvə başlıqlı raketdən istifadə edəcəyi ilə bağlı qərarının müzakirə olunduğunu deyib.

“İlk olaraq Pentaqon rəhbəri Mark Esper, daha sonra isə ABŞ Prezidenti Donald Tramp məsələyə qarışaraq Rusiyaya hansı formada cavab veriləcəyi barədə fikir mübadiləsi aparıblar. Nəticədə Vaşinqtonun Rusiyaya nüvə silahı ilə qarşılıq verəcəyi haqda ssenari hazırlanıb”, - Pentaqon rəsmisi bildirib.

Qeyd edək ki, bir müddət öncə başqa bir Pentaqon rəsmisi ABŞ-ın Avropaya zəif nüvə başlıqlı raketləri yerləşdirməyi planlaşdırmadığını açıqlamışdı. Eyni zamanda bildirilmişdi ki, ABŞ “Rusiya işğalına” qarşılıq olaraq nüvə silahından istifadə etməyəcək.

Oxuməni.az