İranda koronavirusa yoluxanların təxminən 18 faizi həyatını itirib

İranda koronavirusa yoluxanların təxminən 18 faizi həyatını itirib

22 Fevral 2020 16:19
Bəyəndim (1) Bəyənmədim (0)

Ötən günlər ərzində İranda koronavirusa yoluxanların təxminən 18 faizi həyatını itirib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bunu İranın Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kiyanuş Cahanpur deyib.

O, indiyədək İranda 28 nəfərin koronavirusa yoluxduğunu, onlardan 5 nəfərin öldüyünü açıqlayıb.

Nazirlikdən verilən xəbərə görə, virusun yayılma mərkəzi Qum şəhəri olub, virusa yoluxanların böyük hissəsinin də ya bu şəhərin sakini olduğu, ya da Qum şəhərinə gediş-gəliş etdiyi bildirilir.

Virusa yoluxanlardan bəziləri isə Tehran, Ərak və Gilan vilayətlərinin sakinləridir.

İran Səhiyyə Nazirliyi əhalini lüzumsuz səfərlərdən çəkinməyə və gigiyena qaydalarına ciddi şəkildə əməl etməyə çağırıb.

Digər tərəfdən, soyuqdəymə əlamətləri müşahidə olunan şagirdlərin məktəbə getməməsi tövsiyə olunub.

Ölkənin paytaxtında insanlar artıq qoruyucu maska ilə gəzir.

Virusun yayılması əhalinin böyük hissəsinin narahatlığına səbəb olub.

Oxuməni.az