Sabah ölkə ərazisində temperatur 15 dərəcəyə yüksələcək

Sabah ölkə ərazisində temperatur 15 dərəcəyə yüksələcək

21 Fevral 2020 15:41
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycanda fevralın 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxuməni.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal-şərq küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7°, gündüz 8-12° isti, Bakıda gecə 4-6°, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 22-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Oxuməni.az