Rusiya Türkiyəni terrorçuları dəstəkləməkdə günahlandırır?

Rusiya Türkiyəni terrorçuları dəstəkləməkdə günahlandırır?

21 Fevral 2020 13:00
Bəyəndim (2) Bəyənmədim (0)

Rusiya Prezidenti Vladimir Putin İdlibdə vəziyyətin gərginləşməsi kontekstində Suriya böhranını Fransa və Almaniya liderləri ilə telefonla müzakirə edib.

Oxuməni.az Kremlin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, tərəflər sülhsevər vətəndaşlar üçün humanitar fəsadların qarşısının alınmasının vacib olduğunu bildiriblər. Rusiya Prezidenti Suriya Ərəb Respublikasının suverenliyini qorumaq və terrorçular tərəfindən təhlükəni neytrallaşdırmaq üçün səmərəli tədbirlərin görülməli olduğunu vurğuladı. Emmanuel Makron və Angela Merkel isə öz növbəsində Suriyanın şimal-qərbində gərginliyin azaldılmasına kömək etməyə hazır olduqlarını bildiriblər.

İdlibdəki vəziyyət gərgin olaraq qalır. Dünən yaraqlılar Türkiyənin dəstəyi ilə hücuma keçiblər. Terrorçuları dayandırmaq üçün Rusiya hərbçiləri ekstremistlərin mövqelərinə aviazərbələr endiriblər.

Oxuməni.az