ABŞ 5 iranlı məmura qarşı sanksiya tətbiq edib

ABŞ 5 iranlı məmura qarşı sanksiya tətbiq edib

21 Fevral 09:19
493
Bəyəndim (1) Bəyənmədim (0)

Vaşinqton İran İslam Respublikasında “azad və ədalətli seçkilər” keçirilməsinə mane olan 5 iranlı məmura qarşı sanksiya tətbiq etməklə bu ölkəyə qarşı tətbiq olunan sanksiyaların siyahısını genişləndirib.

Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı press-relizdə bildirilib.

"ABŞ Prezidenti Donald Tramp administrasiyası İran rejiminin lehinə seçki manipulyasiyasına dözməyəcək. Vaşinqtonun bu addımı İran xalqının öz liderlərini sərbəst seçmələrinə mane olan məsul yüksək vəzifəli şəxsləri ifşa edir”, - deyə ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin bildirib.

Oxuməni.az