Türkiyədə İdliblə bağlı Rusiya ilə danışıqların nəticələri açıqlanıb

Türkiyədə İdliblə bağlı Rusiya ilə danışıqların nəticələri açıqlanıb

18 Fevral 17:17
340
Bəyəndim (3) Bəyənmədim (0)

Türkiyənin Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömer Çelik Suriyanın İdlib deeskalasiya zonasında vəziyyətlə bağlı iki günlük Türkiyə-Rusiya danışıqlarının yekunlarını açıqlayıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Telegram kanalında məlumat verilib.

Çelikin sözlərinə görə, Ankaranın Suriya prezidenti Bəşər Əsəd qüvvələrinin deeskalasiya zonasından kənara çıxarılmasının vacibliyi haqda mövqeyi "aydın və açıq şəkildə" Rusiya tərəfinə çatdırılıb. "Əks təqdirdə, Türkiyə bunu öz resursları ilə təmin edəcək və bunun üçün müvafiq hərbi hazırlıq işləri aparılır", - deyə o vurğulayıb.

Rusiya ilə Türkiyə arasında danışıqlar Moskvada iki gün ərzində KİV üçün qapalı rejimdə keçirilib və fevralın 18-də başa çatıb. Bundan sonra ölkə XİN başçısının müavini Sedat Onalın rəhbərlik etdiyi Türkiyə nümayəndə heyəti Rusiya paytaxtını tərk edərək, müzakirələrin yekunlarını şərh etməyib.

Oxuməni.az