Ukrayna Xocalı soyqırımını müzakirə edəcək

Ukrayna Xocalı soyqırımını müzakirə edəcək

18 Fevral 16:10
223
Bəyəndim (1) Bəyənmədim (0)

Ukraynanın Ali Radasında Xocalıda azərbaycanlıların soyqırımının tanınması məsələsinin müzakirə ediləcəyi gözlənilir.

Bu barədə Oxuməni.az-a Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov açıqlamasında deyib. H.Cavadov qeyd edib ki, o artıq Azərbaycan-Ukrayna parlamentlərarası qrupu və Ali Radanın Xarici əlaqələr komitəsinin üzvləri ilə bu mövzuda ilkin müzakirələr aparıb və yaxın vaxtlarda bu məsələnin Rada komitəsində nəzərdən keçirilməsi gözlənilir.

“Xocalı şəhərinin əhalisinə qarşı törədilən cinayətlərin xarakteri və dərəcəsi bu faciə zamanı törədilən cinayətlərdə soyqırım əlamətlərini açıq şəkildə göstərir. Bu günə qədər Çexiya, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya, Sudan, Qvatemala, Şotlandiya və ABŞ-ın 19 ştatının qanunverici orqanları Xocalı soyqırımını tanıyan parlament aktları qəbul ediblər.

Ukrayna parlamentinin Xocalıda baş vermiş faciəni soyqırımı kimi tanıması isə dünya ictimaiyyətinə ədalət əldə etmək və cinayətkarları, işğalçıları cəzalandırmaq zərurətində ölkələrimiz arasındakı dəstək və həmrəyliyi göstərəcək”, - H.Cavadov söyləyib.

Oxuməni.az