İŞİD cəlladı Bursada həbs edilib

İŞİD cəlladı Bursada həbs edilib

18 Fevral 14:28
157
Bəyəndim (1) Bəyənmədim (0)

İŞİD terror təşkilatının "Əbu Taki Əl Şahmy" kod adlı komandiri Türkiyənin Bursa şəhərində həbs olunub.

Oxuməni.az Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Suriya vətəndaşı, 50 yaşlı terrorçu Y.A.A hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində ələ keçirilib.

Qeyd edək ki, “Əbu Taki Əl Şahmy” kod adlı terrorçu Suriyanın Deyr Zor El-Meadin və Bukemal bölgələrində komandir kimi fəaliyyət göstərib və İŞİD-in cəzalandırdığı adamları edam edib, bu vəhşi qətliamları videoya çəkərək sosial şəbəkələrdə yayımlayıb.

Oxuməni.az