Brüsseldə dürüst dialoq+VİDEO

Brüsseldə dürüst dialoq+VİDEO

17 Fevral 14:12
44
Bəyəndim (1) Bəyənmədim (1)

Avropa Şurasının sədri Şarl Mişel Brüsseldə 6 Balkan dövlətinin liderlərini, yaxın gələcəkdə Aİ-yə üzvlüyə namizəd olan bütün ölkələri qəbul edib.

Oxuməni.az Euronews-a istinadən xəbər verir ki, müzakirələr işçi şam yeməyindən əvvəl baş tutdu. Tədbir "etimad və səmimiyyət" şəraitində keçdi. Müzakirədə Avropa Komissiyasının rəhbəri də iştirak edib.

Danışıqlar başlamazdan əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Lyayen mətbuata belə deyib: "Bu, mövqelərin bir-birinə yaxınlaşması üzrə mühüm mərhələdir. Qərb Balkan regionu bizim komissiyamız üçün prioritetdir. Bizim geostrateji maraqlarımız Balkan Yarımadasına yayılır, bu, Avropa İttifaqının siyasi və iqtisadi aspektlərində inkişaf etdirilməsi üçün vacibdir".

Şimali Makedoniya Respublikasının Xarici İşlər naziri Nikola Dimitrovun bir qədər fərqli fikri var: "Ümid edirəm ki, biz nəticədə Aİ-yə üzv olacağıq. Ölkələrimizin namizədliyi hər hansı səbəbdən rədd edilərsə, düşünürəm ki, Aİ-də "açıq qapı" tezisi əsassız görünür".

Brüsseldə keçirilən görüşlər və diskussiyalar Zaqrebdə keçiriləcək Avropa İttifaqının sammitinin hazırlanması üçün mərhələlərdən biridir.

Hazırda Xorvatiya müvəqqəti olaraq Aİ-yə daxil olacaq.

Oxuməni.az