Ötən həftə neftin qiyməti sentyabrdan indiyədək ən böyük artım tempini göstərib

Ötən həftə neftin qiyməti sentyabrdan indiyədək ən böyük artım tempini göstərib

17 Fevral 2020 12:44
Bəyəndim (0) Bəyənmədim (0)

Keçən həftə dünya birjalarında “qara qızıl”ın qiyməti 2019-cu ilin sentyabrından bu vaxtadək böyük həftəlik artım tempini nümayiş etdirib.

Oxuməni.az xəbər verir ki, neftin qiyməti “OPEC+” koalisiyasının istehsalı daha da azaldacağına dair gözləntilərin azalması, investorların Çində yayılan koronavirusun iqtisadi təsirlərini yumşaltmaq üçün həyata keçirdikləri təşviq tədbirləri fonunda bahalaşıb. Həftə ərzində “Brent” markalı xam neftin qiyməti 5 faizdən çox artıb.

Qeyd edək ki, hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 57,40 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 52,19 dollara satılır.

Oxuməni.az