Tramp Hindistanla 3,5 milyardlıq saziş imzalayır

Tramp Hindistanla 3,5 milyardlıq saziş imzalayır

13 Fevral 2020 16:25
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Trampın Hindistana səfəri zamanı 3,5 milyard dollar həcmində iki silah müqaviləsi imzalanacaq.

Oxuməni.az xəbər verir ki, bu məlumatı “Tayms of İndia” yayıb. 24 fevralda baş tutacaq səfər zamanı imzalanacaq müqavilələrin hər ikisinin hərbi helikopterlərlə bağlı olduğu vurğulanıb.

İlk müqavilədə altı ədəd AH-64E Apaçi zərbə vertolyotunun alınması nəzərdə tutulub. Bu müqavilənin dəyərinin 930 milyon dollar olacağı qeyd edilib.

2,6 milyard dollar dəyərində olan ikinci müqavilədə isə 24 ədəd MH-60R vertolyotlarının alınmasının yer alacağı bildirilib. Bu müqavilələr sayəsində ABŞ-la 2007-ci ildən bu yana imzalanan müdafiə kontraktlarının həcmi 20 milyard dollara çatacaq.

Oxuməni.az