BMT Təhlükəsizlik Şurası Liviya ilə bağlı qətnamə qəbul edib

BMT Təhlükəsizlik Şurası Liviya ilə bağlı qətnamə qəbul edib

13 Fevral 2020 14:57
Bəyəndim (0) Bəyənmədim (0)

BMT Təhlükəsizlik Şurasının üzvləri Liviyada sülhün və sabitliyin bərpa olunması haqqında qətnamə qəbul ediblər.

Oxuməni.az təşkilatın saytına istinadla xəbər verir ki, Böyük Britaniyanın təqdim etdiyi qətnamə layihəsinin lehinə 15 üzv dövlətdən (5 daimi və 10 qeyri-daimi üzv) 14-ü səs verib. Rusiya bitərəf qalıb.

Qətnamə layihəsi ilə bağlı gərgin diskussiyalar aparılıb. Liviyada silahlı münaqişə tərəflərinin dəstəklənməsi məsələsində ikitirəlik yaranıb. Halbuki, bundan əvvəl dünya liderləri Berlində keçirilən toplantıda bu ölkənin daxili işlərinə müdaxilə etməmək və tərəflərə silah satmamaq barədə öhdəlik götürüblər.

Xatırladaq ki, 2019-cu ilin aprelindən BMT tərəfindən tanınan Milli Razılıq Hökuməti ilə general Xəlifə Həftarın başçılıq etdiyi Liviya Milli Ordusu arasında münaqişə davam edir.

Oxuməni.az