Sloveniyanın Baş Naziri istefa verib

Sloveniyanın Baş Naziri istefa verib

27 Yanvar 16:12
713
Bəyəndim (0) Bəyənmədim (0)

Sloveniyanın Baş Naziri Maryan Şarets vəzifəsindən istefa verib və ölkədə növbədənkənar seçkilərin keçiriləcəyini elan edib.

Oxuməni.az xəbər verir ki, Baş Nazir bu qərarı rəhbərlik etdiyi mərkəz-solçu hökumətin qanunverici orqanda mütləq səs çoxluğuna malik olmaması və bununla da hökumət proqramında nəzərdə tutulan qanunların parlamentdən keçməsinin mümkünsüzlüyü ilə izah edib.

Qeyd edək ki, 2018-ci ildə keçirilən parlament seçkilərində qalib gələn Maryan Şarets beş partiyadan ibarət koalisiyalı hökumətə rəhbərlik edirdi. “Maryan Şaretsin siyahısı”nın da daxil olduğu koalisiya parlamentdə qərarların qəbulu üçün solçuların dəstəyinə bel bağlamalı olurdu. M. Şarets qərarını açıqlayarkən bildirib ki, hazırkı koalisiya ilə insanların gözlədiyi qanun və qərarların qəbulunu təmin etmək iqtidarında deyil.

Oxuməni.az