Üç yaşlı uşaq İngiltərədə yüksək intellektli insanlar klubuna üzv seçilib

Üç yaşlı uşaq İngiltərədə yüksək intellektli insanlar klubuna üzv seçilib

24 Yanvar 2020 16:45
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərədə Muhammad Haryz Nadzim adlı üç yaşlı uşaq yüksək intellektli insanlar klubuna üzv seçilib.

İngilis mütəxəssislər uşağın intellektual (İQ) səviyyəsini 142 balla qiymətləndiriblər və bu da Muhammadın öz həmyaşıdlarının 99,7 faizindən daha ağıllı olduğunu göstərir.

İlk baxışdan adi təəssürat bağışlayan uşaq onu həmyaşıdlarından fərqləndirən keyfiyyətlərə malikdir. Valideynləri ilk vaxtlar fərqinə varmasalar da, bağçada pedaqoqlar onun fərqli keyfiyyətlərə sahib olduğunu kəşf ediblər. Muhammad hələ yeddi aylığında olarkən danışmağa, iki yaşında gecə nağıllarını özü oxumağa başlayıb. Hazırda o, yazmağı və hesablamağı bacarmaqla yanaşı, ingilis və Malayziya dillərində sərbəst danışır.

Oxuməni.az