İspaniyada fövqəladə iqlim şəraiti elan edilib

İspaniyada fövqəladə iqlim şəraiti elan edilib

24 Yanvar 14:21
1 193
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniya hökuməti tərəfindən ölkədə tüğyan edən qeyr-sabit hava şəraiti nəticəsində "Fövqəladə iqlim vəziyyəti" elan edib. Oxunəni.az Euronews-a istinadən verdiyi xəbərə görə, hökumət baharın sonuna kimi qlobal istiləşməyə qarşı mübarizə proqramının təqdim ediləcəyinə söz verib. Bu qərar fəalların təşkil etdikləri kütləvi etiraz aksiyalarının fonunda baş verib.

Ümumilikdə, Nazirlər Kabineti ekologiyanın mühafizəsi üzrə 30 tədbirin elan ediləcəyini bildirir. Ölkənin 2050-ci ilə qədər karbon qazı tullantılarını tamamilə azaldacağı güman edilir. Önümüzdəki iyirmi il ərzində, təqdim olunan layihəyə görə, İspaniya 95% - dən bərpa olunan enerji mənbələrinə keçməli, ağır yük nəqliyyatından istifadə edərkən ətraf mühitin çirklənməsi problemini həll etməli və kənd təsərrüfatında CO2 emissiyalarının azaldılmasına nail olmalıdır.

Oxuməni.az