Hubei əyalətində koronavirus səbəbiylə on şəhərdə karantin elan edilib

Hubei əyalətində koronavirus səbəbiylə on şəhərdə karantin elan edilib

24 Yanvar 2020 11:49
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin Hubei əyalətinin Yeni koronavirus tipinin baş verdiyi Uxananın ardınca doqquz şəhərlə nəqliyyat əlaqəsinin müvəqqəti dayandırılması barədə məlumatlar dərc edilib.
Oxuməni.az-ın Rian.ru-ya istinadən verdiyi xəbərə görə, beləliklə, nəqliyyat getməyən yaşayış məntəqələrinin sayı ona çatıb: Uhan (11 milyon nəfər), Çibi (534 min nəfər), Esco (1,08 milyon), Xuan (7,5 milyon), Səntao (1,6 milyon), Çijzyan (550 min), Tsyanjyan (963 min), Xuanşi (2,7 milyon), Enşi (809 min) və Sənnin (2,5 milyon).
Uhanada ən ciddi karantin saat 10:00-dan etibarən tətbir edilib. Hakimiyyət tövsiyə edir ki, hava limanlarına getməsinlər və şəhərdən heç bir xüsusi səbəb olmadan çıxmasınlar.

Oxuməni.az