İtaliya parlamentində mandatların sayı azaldılacaq

İtaliya parlamentində mandatların sayı azaldılacaq

24 Yanvar 10:27
1 157
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliyada parlamentin üzvlərinin sayının azaldılması ilə bağlı referendum keçiriləcək.

Oxuməni.az xəbər verir ki, İtaliya Ali Məhkəməsi yanvarın 23-də konstitusiyaya müvafiq dəyişikliyin edilməsini ratifikasiya edəcək referendumun keçirilməsinə göstəriş verib. Referendum 29 mart - 31 may tarixləri arasında keçiriləcək.

Parlamentdəki mandatların sayının azaldılması barədə qərar hələ ötən ilin oktyabrında dörd oxunuşdan sonra verilmişdi. Referendum müsbət nəticə verərsə, deputatların sayı 630-dan 400-ə, senatorların sayı isə 315-dən 200-ə endiriləcək.

Oxuməni.az