Lordlar Palatası Brexit müqaviləsinə dəyişikliklər edib

Lordlar Palatası Brexit müqaviləsinə dəyişikliklər edib

23 Yanvar 2020 16:21
Bəyəndim (0) Bəyənmədim (0)

Lordlar Palatasında müzakirə edilən Brexit müqaviləsinə üç dəyişiklik olunaraq İcmalar Palatasına göndərilib.

Parlamentin yuxarı palatasının üzvləri Avropa İttifaqı vətəndaşlarının Brexitdən sonrakı hüquqları ilə əlaqədar üç dəyişiklik edib. Dəyişikliklərə əsasən Britaniya Avropa İttifaqını tərk etdikdən sonra qaçqınların müdafiəsini təmin etməli olacaq.

Baş Nazir Boris Conson artıq Brexitin finiş xəttini keçdiyini bildirib.

Müqavilə Kraliçanın razılığından sonra yanvarın 29-da Avropa Parlamentində müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, Böyük Britaniya 27 üzvü olan bloku yanvarın 31-də saat 23:00-da rəsmi olaraq tərk edəcək.

Oxuməni.az