Meteoroloqlar Avropada isti fevral ayı proqnozlaşdırıblar

Meteoroloqlar Avropada isti fevral ayı proqnozlaşdırıblar

22 Yanvar 2020 10:31
Bəyəndim (0) Bəyənmədim (4)

Fevral ayında Avropada temperatur 6-8 dərəcə iqlim normasından artıq ola bilər. Rusiyanın Avropa hissəsində temperatur normadan artıq olacaq. Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə Copernicus Climate Change Service-in məlumatında bildirilir.
Copernicus saytında verilən proqnoza görə, Avropada fevralın 2-dək olan orta temperatur iqlim normasından 4-6 dərəcə isti keçəcək, fevralın 9-na qədər isə temperatur bir qədər azalaraq 2-3 dərəcə təşkil edəcək. Ancaq ayın ortalarından etibarən yenidən istiləşməyə başlayacaq və bu tendensiya 23 fevral ayına qədər davam edəcək. Meteoroloqlar fevralın 10-dan 16-dək ən isti günləri proqnozlaşdırırlar. Bu dövrdə Avropanın ayrı-ayrı hissələrində 8 dərəcəyə qədər artım ola bilər, sonra anomaliya aşağı düşəcək və ayın son həftəsində 1,5 dərəcədən çox olmayacaq.
Rusiyanın Avropa hissəsinə gəldikdə isə fevral ayının ikinci həftəsində temperatur artacaq ə ayın sonunda 0,5-1 dərəcəyə qədər azalacaq.
"Son proqnozlar göstərir ki, cari hava şəraitində heç bir böyük dəyişiklik gözlənilmir. Biz yanvar ayının ortalarında fevral ayındayıq, buna görə proqnozlar dəyişə bilər, lakin hazırda dəyişikliklər gözlənilmir", - RİA Novosti Agentliyinə Finlandiyanın Meteorologiya İnstitutunun əməkdaşı Mikka Rantanen bildirib.

Oxuməni.az