Qadın əri tərəfindən vəhşicəsinə döyüldü

Qadın əri tərəfindən vəhşicəsinə döyüldü

21 Yanvar 2020 10:11
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Binəqədi rayonunda döyülmə hadisəsi baş verib.

Oxumeni.az xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

1971-ci il təvəllüdlü Qəniyeva Könül Xasay qızı həyat yoldaşı tərəfindən döyülərək, çoxsaylı sınıq xəsarətləri alıb. Yaralı 1 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az