“Şahdağ” və “Tufandağ” MDB ölkələrinin 10 ən yaxşı dağ-xizək kurortu sırasındadır

“Şahdağ” və “Tufandağ” MDB ölkələrinin 10 ən yaxşı dağ-xizək kurortu sırasındadır

20 Yanvar 2020 22:00
Bəyəndim (0) Bəyənmədim (0)

“TurStat” turizm portal yanvarın 19-da qeyd edilən Dünya Qar Günü (World Snow Day) münasibətilə bu qış MDB ölkələrində rusiyalı turistlərin istirahəti və səyahəti üçün ən populyar dağ-xizək kurortlarının reytinqini təqdim edib.

Oxumeni.az “TurStat”a istinadla xəbər verir ki, MDB-də dağ xizəklərində və snoubordlarda sürüşmək üçün ən yaxşı kurortlar Qazaxıstan, Belarus, Azərbaycan və Qırğızıstanda yerləşir.

MDB məkanında turistlərin daha çox üz tutduğu 10 ən yaxşı dağ-xizək kurortu sırasına Qazaxıstanın “Şımbulaq”, “Altay Alpları”, “Nurtau”, Belarusun “Loqoysk” və “Slilçi”, Azərbaycanın “Şahdağ” və “Tufandağ”, Qırğızıstanın “Karakol” və Özbəkistanın “Çimqan” kurortları daxildir.

Reytinq MDB məkanının qış kurortlarında turların və istirahət təkliflərinin nəticələrinə əsasən təqdim edilib.

Dünya Qar Günü Beynəlxalq Xizək İdmanı Federasiyasının (FIS) təşəbbüsü ilə 2012-ci ildən başlayaraq hər il yanvarın axırıncıdan əvvəlki bazar günü qış idman növləri günü kimi qeyd edilir.

http://turstat.com/topskiresortcis2020

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az