Vurulmuş təyyarəyə görə İran kompensasiya ödəməlidir + Video

Vurulmuş təyyarəyə görə İran kompensasiya ödəməlidir + Video

17 Yanvar 2020 11:26
Bəyəndim (2) Bəyənmədim (0)

Oxumeni.az evronews-a istinadən xəbər verir ki, Londonda Əfqanıstan, Böyük Britaniya, Kanada, Ukrayna və İsveçin nümayəndələri - təyyarədə həlak olmuş beş ölkənin vətəndaşlarına bəyanatla çıxış ediblər.

Böyük Britaniyanın paytaxtında keçirilmiş görüşün yekunlarına görə onlar xüsusi qrup yaradıblar və onlar istintaqın gedişi barədə bütün məlumatları həlak olanların qohumlarına çatdıracaq və onlara lazımi kömək göstərəcəklər.

"Şəffaf, tam və müstəqil beynəlxalq araşdırma aparılmalıdır", - deyə Kanadanın Xarici İşlər naziri Fransua-Filip Şampan bildirib.

Onlar həmçinin ümid edirlər ki, faciənin bütün halları aydınlaşdırılacaq və təqsirkarlar cəzalandırılacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:

(055)7717799(Whatsapp)