Çində əhalinin sayı 4,67 milyon nəfər artaraq 1,4 milyardı ötüb

Çində əhalinin sayı 4,67 milyon nəfər artaraq 1,4 milyardı ötüb

17 Yanvar 2020 09:53
Bəyəndim (0) Bəyənmədim (0)

Oxumeni.az xəbər verir ki, bu barədə Çin Milli Statistika Bürosu açıqlama yayıb. Ötən il Çində 14,65 milyon körpə doğulub ki, bu da hər min nəfərə 10,48 yeni doğulan deməkdir. Ölüm sayı isə 9,98 milyon olub.

Hazırda Çin əhalisinin 715,27 milyonunu kişilər, 684,78 milyonunu qadınlar təşkil edir.

Statistikaya əsasən, əməkqabiliyyətli əhalinin sayı 2018-ci illə müqayisədə bir qədər azalaraq 896,4 milyon nəfərə düşüb ki, bu da ümumi əhali sayının 64 faizi deməkdir.

Ölkə əhalisinin 848,43 milyonu şəhərlərdə, 551,62 milyonu kənd yerlərində yaşayır. Ötən il şəhər əhalisinin sayında 17,06 milyon nəfər artım, kənd əhalisinin sayında isə 12,39 milyon nəfər azalma qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az