20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar Rumıniyada tədbir keçirilib

20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar Rumıniyada tədbir keçirilib

16 Yanvar 23:13
467
Bəyəndim (0) Bəyənmədim (0)

20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyində anım mərasimi keçirilib. Tədbirdə rumıniyalı ziyalılar, yerli KİV nümayəndələri, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, “SOCAR Petroleum SA” şirkətinin təmsilçiləri, Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatası, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər. Mərasim iştirakçıları Qanlı Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycan Rumıniyadakı səfiri Hüseyn Nəcəfov 20 Yanvar gününün ölkəmizin suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzi olduğunu qeyd edərək, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını deyib.

Bildirilib ki, 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələri Konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan xalqının silahsız övladlarını, mülki əhalini vəhşicəsinə qətlə yetirib. Faciə zamanı 147 nəfər qətlə yetirilib və 744 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həlak olanların arasında uşaqlar, qadınlar, qocalar və təcili yardım işçiləri olub. 20 Yanvar faciəsinin qurbanları arasında azərbaycanlılarla yanaşı, ruslar, yəhudilər və tatarlar da olub.

Vurğulanıb ki, xalqımızın ümummilli lideri Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək, sovet rəhbərliyinə qarşı açıq etiraz edib.

Qanlı Yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Ümummilli Liderin fəaliyyətindən bəhs edən səfir Hüseyn Nəcəfov həmin hadisələrə ilk dəfə siyasi-hüquqi qiymətin də məhz Ulu Öndər tərəfindən verildiyini diqqətə çatdırıb.

Tədbirdə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırılmasının qarşıya qoyduğu vəzifələrdən biri olduğu qeyd edilib.

Sonra 20 Yanvar faciəsinə dair sənədli film göstərilib. Tədbir iştirakçıları daha sonra səfirlikdə Qanlı Yanvar faciəsi haqqında kitab və foto sərgisi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az