Serbiyada əhalinin sayı kritik həddə düşüb

Serbiyada əhalinin sayı kritik həddə düşüb

16 Yanvar 17:00
846
Bəyəndim (1) Bəyənmədim (0)

Oxumeni.az xəbər verir ki, ölkədə doğulan uşaqların sayı artsa da, bu göstərici ölənlərlə müqayisədə xeyli azdır. Bu da ümumi sayın 7 milyon nəfərdən aşağı düşməsinə səbəb olub. Son statistik göstəricilərə əsasən, ötən il Serbiyada 63 min uşaq doğulub, 103 min nəfər isə həyatını itirib.

Bu göstəricilərlə Serbiya və qonşusu Bolqarıstan BMT-nin proqnozlarına görə, 2040-cı ilədək əhalilərinin 40 faizini itirə bilərlər.

Serbiyada orta yaş həddi 43-dür. Ortalama bir ailəyə isə 1,48 uşaq sayı düşür. Artımı təmin etmək üçün isə doğum faizi ailəyə 2,1 olmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az