Yağışlar və qar uçqunları azı 41 adamın həyatına son qoyub

Yağışlar və qar uçqunları azı 41 adamın həyatına son qoyub

14 Yanvar 2020 14:55
Bəyəndim (1) Bəyənmədim (0)

Pakistanın Bəlucistan, Azad Kəşmir, Sind və Pəncab əyalətlərində güclü yağışlar və qar uçqunları nəticəsində azı 41 adam həyatını itirib, çoxlu yaralananların olduğu haqda məlumatlar yayılıb.

Oxumeni.az Pakistan mətbuatına istinadla xəbər verir ki, ən çox adam Bəlucistan əyalətində ölüb - 22 nəfər. Əyalətin yeddi dairəsinə daha çox zərər dəyib, bu əyalətdə fövqəladə vəziyyət elan olunub. Azad Kəşmirdə 15, Pəncabda 3, Sind əyalətində 1 adam ölüb. Bildirilir ki, Pakistanda belə havalar 20 il əvvəl müşahidə edilib.

Sinoptiklər şaxtalı hava şəraitinin hələ bir neçə gün davam edəcəyini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az