Mənim Nobel Sülh mükafatına layiq görülməyim Osloda müəyyən edilib

Mənim Nobel Sülh mükafatına layiq görülməyim Osloda müəyyən edilib

14 Yanvar 2020 04:24
Bəyəndim (0) Bəyənmədim (0)

Cənubi Afrikada səfərdə olan Efiopiyanın Baş Naziri Abiy Əhməd Əli jurnalistlərə müsahibəsində onun ölkəsi ilə Eritreya arasında on illərdir davam edən münaqişənin həllində həlledici rol oynadığını və Nobel Sülh mükafatına məhz özünün layiq olduğunu bəyan edən ABŞ Prezidenti Donald Trampın fikirlərinə münasibət bildirib.

Oxumeni.az ENA informasiya agentliyinə istinadla xəbər verir ki, Baş Nazir onun Nobel Sülh mükafatına layiq görülməsinin Osloda müəyyən edildiyini və bundan xəbəri olmadığını qeyd edib. “Bu mükafatın laureatları Efiopiyada deyil, Osloda xüsusi komissiya tərəfindən seçilir”, -deyə Abiy Əhməd Əli vurğulayıb. O, mükafatın regional sülh baxımından əhəmiyyətini də qeyd edib. “Mən öz ölkəmin mənafeyini qorudum, sülhü təmin etdim və günlərin birində eşitdim ki, mükafata layiq görülmüşəm”, - deyə Baş Nazir əlavə edib.

Xatırladaq ki, ötən il dekabrın 10-da Baş Nazir Abiy Əhməd Əliyə Nobel Sülh mükafatı təqdim olunub. Mərasimdə çıxış edən Norveç Nobel Komitəsinin təmsilçisi Berit Reiss-Andersen qeyd edib ki, Baş Nazir bu yüksək mükafata 80 min insanın ölümü ilə nəticələnmiş Efiopiya ilə Eritreya arasında sülhün əldə olunmasında həlledici roluna, ölkəsində vətəndaş azadlıqlarını və inkişaf edən institutları gücləndirməklə demokratiya qurmaq istiqamətində səylərinə, Şərqi və Şimal-Şərqi Afrikada sülh proseslərinə verdiyi töhfələrə görə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az