Manila növbəti vulkan püskürməsinə hazırlaşır

Manila növbəti vulkan püskürməsinə hazırlaşır

14 Yanvar 2020 09:55
Bəyəndim (1) Bəyənmədim (0)

Oxumeni.az xəbər verir ki, bununla əlaqədar ölkənin hökumət orqanları xəbərdarlıq yayıb.

Xatırladaq ki, yanvarın 12-də paytaxt Maniladan təqribən 60 kilometr cənubda yerləşən Luson adasındakı Taal vulkanı püskürüb. Bunun nəticəsində vulkan tüstüsünün və külünün 15 min metr yüksəkliyə yayıldığı bildirilir. Təbii fəlakətlə əlaqədar Filippin Vilkanologiya və Seysmologiya İnstitutu 4-cü dərəcəli təhlükə xəbərdarlığı yayıb. Bu səviyyə vulkanın yaxın saatlarda və ya günlərdə təkrar püskürəcəyini təsdiq edir.

Hadisə nəticəsində vulkan külü yaxınlıqdakı geniş ərazilərə yayılıb. Filippin televiziyasının yaydığı görüntülər vulkandan 30 kilometr məsafədə yerləşən Batanqas əyalətinin küçələrinin kül altında qaldığını göstərir. Vulkan külü Manila beynəlxalq aeroportunun və Quam aeroportunun fəaliyyətində fasilələrin yaranmasına səbəb olub.

Yerli hakimiyyət orqanları vulkan külünün nəfəs yollarına zərər vurmaması üçün əhaliyə tibbi maskalardan və dəsmaldan istifadə etməyi tövsiyə edir.

Vulkanın yaxınlığında yerləşən Batanqas və Kavite əyalətlərindən 10 minlərlə sakin təxliyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az